zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
Episodes
300
16 July 2026
Müasir PR-da Yeni Trendlər I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı PR və strateji kommunikasiya üzrə ekspert, təlimçi Günel Əhmədova ilə ictimaiyyətlə əlaqələrin müasir dünyada rolu, PR sahəsində son tendensiyalar haqqında danışdıq. Qlobal PR Günü münasibətilə peşənin cəmiyyət, media və biznes arasında etibarlı körpü yaratmaq missiyasına nəzər saldıq.
32 min
16 July 2026
Molla Pənah Vaqif və Azərbaycan poeziyası I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı qiraətçi Hüseynağa Aslanov oldu. Vaqif Poeziya Günlərinə həsr olunan verilişdə Molla Pənah Vaqifin zəngin ədəbi irsi, Vaqif Poeziya Günlərinin Azərbaycan mədəni həyatındakı əhəmiyyəti haqqında danışdıq.
30 min
15 July 2026
Uşaqlar və sağlamlıq I Valideyn saatı
"Valideyn saatı"nın qonağı pediatr-infeksionist Aytən Ziyadova ilə uşaqlarda ən çox rast gəlinən infeksion xəstəliklər, onların əlamətləri, müalicə üsulları və profilaktik tədbirlər haqqında söhbət etdik.
25 min
15 July 2026
Azərbaycanın unudulmaz səsləri necə qorunur? I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov ilə ölkəmizin zəngin səs irsinin qorunması, müxtəlif dövrlərə aid unikal səsyazmalarının toplanması, bərpası və rəqəmsallaşdırılması prosesi, eləcə də arxiv fondlarında saxlanılan dəyərli materialların mədəniyyət tariximizdəki əhəmiyyəti barədə danışdıq.
37 min
14 July 2026
Şəfa Yadigarova sağlam qidalanmanı biznesə necə çevirdi? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı həkim-dietoloq, "Shefalı Heyat Coffee & Healthy Food"un təsisçisi Şəfa Yadigarova oldu. Verilişdə sağlam həyat tərzinin təşviqi ilə biznesi bir araya gətirməyin yolları, sağlam qidalanma sahəsində sahibkarlığa başlamaq, brend yaratmaq prosesi, bu sahədə qarşıya çıxan çətinliklər barədə söhbət etdik.
30 min
14 July 2026
Vüsal Murtuzəliyev: Teatr, kino və dublyaj həyatı I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor Vüsal Murtuzəliyev oldu. Verilişdə aktyorun sənətə gəliş yolu, teatr və kino fəaliyyəti, dublyaj sahəsində qazandığı təcrübə, obrazları və yaradıcılıq planları haqqında söhbət apardıq.
37 min
13 July 2026
Ələkbər Hüseynovun ömür və sənət yolu I Sənətin səsi
"Sənətin səsi"ində Ələkbər Hüseynovun 65 illik yubileyinə həsr etdiyimiz verilişdə sənətkarın yaradıcılıq yolu, canlandırdığı obrazlar, sənətə verdiyi töhfələr haqqında söhbət etdik. Qonaqlar - aktyorun övladları skripka ifaçısı Nərgiz Ələkbər Hüseynzadə və fotoqraf Cavidan Hüseynzadə ataları ilə bağlı xatirələrini, ailə daxilində tanıdıqları Ələkbər Hüseynovu, onun sənətə və həyata baxışı barədə...
34 min
10 July 2026
Rasim Qurbanovun çoxşaxəli yaradıcılıq dünyası I Sənətin səsi
"Sənətin səsi"nin qonağı çoxşaxəli yaradıcılığı ilə seçilən rəssam, dizayner, şair və musiqiçi Rasim Qurbanov oldu. Verilişdə qonağımızın incəsənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq yolu, rəssamlıq və dizayn sahəsindəki fəaliyyəti, poeziyaya və musiqiyə olan sevgisi, ilham mənbələri, həyata keçirdiyi layihələr və gələcək planları barədə söhbət etdik.
35 min
09 July 2026
Azərbaycanda moda biznesi: Fürsətlər və çətinliklər | Günel Hüseynli I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı “The Soft Speak” markasının təsisçisi və dizayneri Günel Hüseynli oldu.Verilişdə moda sahəsində sahibkarlığın inkişafı, şəxsi brend yaratmağın incəlikləri, dizayn prosesinin mərhələləri və yerli moda sektorunda qarşıya çıxan imkanlar və çətinliklər barədə söhbət etdik.
31 min
09 July 2026
Araz İmanov musiqiyə necə başladı? I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı musiqiçi Araz İmanov oldu. Verilişdə onun musiqiyə gəliş yolu, yaradıcılıq fəaliyyəti, ifaçılıq təcrübəsi, ilham aldığı məqamlar barədə danışdıq. Həmçinin sənətə baxışı, səhnə xatirələri barədə də söhbət etdik.
35 min